Tıxacda qalanlar üçün VACİB TÖVSİYƏ - Bunu etməyin!

Böyük Britaniyanın cənub-şərqində Surrey universitetinin alimləri maraqlı araşdırma ilə dünya mediasının diqqətini çəkiblər. Belə ki, alimlər yollarda qeydə alınan çoxsaylı tıxacların həm sürücülərin, həm də sərnişinlərin sağlamlığı üçün olduqca təhlükəli olduğunu sübut ediblər. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, alimlər apardığı tədqiqatlar zamanı bir çox xroniki xəstəliklərin şiddətlənməsinin səbəbini ortaya çıxarıb. Geniş araşdırmanın nəticəsi "Atmospheric Environment" jurnalında dərc edilib.
Tədqiqat zamanı tıxaclarda avtomobillərdən ayrılan zərərli tüstü və qazların səviyyəsinin normadan yüksək olduğu təsdiqlənib. Bu isə insan orqanizmi üçün olduqca ziyandır. Bununla yanaşı, bağlı pəncərələrlə maşında kondisioneri qoşmaq hərəkət zamanı avtomobildən ayrılan zərərli tüstü və qazların 76%-nin avtomobilin içərisinə daxil olmasına səbəb olur. Bu isə insanların zəhərlənməsi deməkdir.
Bu səbəbdən mütəxəssislər saatlarla tıxaclarda qalan sürücülərə kondisioneri söndürməyi tövsiyə edir. Mühitindən asılı olmayaraq zərərli tüstülər saçan çoxsaylı avtomobillərin əhatəsində kondisioneri işlək saxlamaq bütün zərərli qazların avtomobilə daxil olması ilə nəticələnir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












