“Toyota” avtomobilləri kütləvi şəkildə oğurlanaraq Dubayda satılır

“Toyota” şirkəti qəribə problemlə üz-üzə qalıb.
Avtosfer.az xəbər verir ki, Avstraliyanın Viktoriya ştatında ötən il ən çox oğurlanan 5 modeldən dördü bu markaya aid olub (Corolla, HiLux, Land Cruiser, RAV4). Şirkət artıq “Prado” və “Land Cruiser” modellərinə (sovet dövründəki kimi) mexaniki blokiatorlar quraşdırır.
Bu günlərdə Brisben polisinin keçirdiyi əməliyyat beynəlxalq cinayətkar dəstəni ifşa edib. Məlum olub ki, Dubaydan gələn dəstə ay ərzində 60 ədəd “Land Cruiser” oğurlayıb. Maşınlar gəmi konteynerlərində gizlədilərək Dubaya gətirilib və digər ölkələrə satılıb.
Nasaz maşınla yolda qalanlar cərimələnə bilərlər - VİDEO
Polis təmir emalatxanalarında reyddən sonra 300 epizod üzrə cinayət təqibi başlayıb. Avtomobil ekspertləri isə bu vəziyyəti yapon istehsalçının qlobal səviyyədə populyarlığı ilə izah edirlər.
Ekspertlər məsələnin başqa tərəfi barədə də xəbərdarlıq edirlər. Onların fikrincə, Dubaydan münasib qiymətə alınan avtomobili kimsə vətəninə gətirdikdə problemlə üzləşə bilər. Polis yoxlaması zamanı maşının oğurluq olduğu üzə çıxdıqda heç bir vəkil avtomobil sahibinə kömək edə bilməyəcək. Buna görə də xarici hərraclarda və satış mərkəzlərindəki “sərfəli təkliflər”lə bağlı çox ehtiyatlı olmaq lazımdır.
QEYD: Bu xəbər sırf məlumat xarakterlidir və yaponiyalı istehsalçının fəaliyyətinə münasibət bildirmək məqsədi güdmür.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












