“Toyota” rekord miqdarda satış barədə məlumat yayıb

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor” şirkəti sentyabr ayınadək olan son altı ay ərzində rekord miqdarda satış barədə məlumat yayıb. İstehsalın artmasına səbəb kimi isə Çində və Asiyanın digər ölkələrində artan yüksək tələbat göstərilir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hesabat dövründə ümumi satış həcmi 14,6 trilyon yen və ya 130 milyard dollar təşkil edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 3,4 faiz çoxdur. Şirkətin əməliyyat gəlirləri 11 milyard dolları keçib ki, bu da yen ilə ifadə də 15 faizdən çoxdur. Şimali Amerikada da satışın artdığı, lakin polada və digər materiallara sərf edilən məsrəflərin gəliri üstələdiyi bildirilir. Şirkət cari maliyyə ilində satışın təqribən 260 milyard dollara çatacağını proqnozlaşdırır. Bu isə öz növbəsində il ərzində təmiz gəlirin 20 milyard dolları ötəcəyi barədə proqnoz verməyə əsas yaradır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












