"Toyota" Yaxın Şərqdəki gərginlik səbəbindən xarici istehsalını azaldır

Yaponiyanın avtomobil istehsalçısı olan "Toyota motors" şirkəti ABŞ ilə İsrailin İrana qarşı apardığı münaqişənin fəsadları səbəbindən ölkə hüdudlarından kənarda fəaliyyətini məhdudlaşdırmağı planlaşdırır. Marka gələn ilin fevralına qədər avtomobil istehsalını prosesini 100 min ədəd azaltmağı hədəfləyir.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə "Nikkei Asia" portalı xəbər yayıb.
Məlumata görə, şirkət Hörmüz boğazında gəmiçiliklə bağlı problemlərə görə tələbin azalması, yanacaq və logistika qiymətlərinin artması ilə üzləşir. "Toyota"nın istehsalını azaltmaq niyyətində olduğu modellər arasında "RAV4" krossoverləri və "Avalon" sedanları da var. Şirkət artıq komplektləşdirici tədarükçüləri planların dəyişməsi barədə xəbərdar edib.
Nəşr vurğulayır ki, ABŞ ilə İran arasında hərbi fəaliyyətlərin dayandırılmasına yönəlmiş memorandumun imzalanması Hörmüz boğazındakı logistik böhranın həllinə ümid yaradıb. Buna baxmayaraq, enerji resurslarının qiymətlərinin hələ də yüksək olaraq qalması alıcıları avtomobil əldə etmək qərarlarını ertələməyə vadar edir.
Məlumata görə, şirkət əvvəlcə 2027-ci ilin mart ayının sonunadək təxminən 10 milyon "Toyota" və "Lexus" avtomobili istehsal etməyi və təxminən 1.6 milyard dollar xalis mənfəət götürməyi planlaşdırırdı. Lakin may ayında portal Yapon avtomobil istehsalçısının bu ilin noyabr ayına qədər xaricdə istehsalını 83 000 ədəd azaltmaq niyyətində olduğunu bildirdi.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












