Traktorların gecə vaxtı magistral yollarda hərəkəti qadağan edilir - DYP

"Mayın 1-dən bu günə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 10 nəfər ölüb, 22 nəfər yaralanıb". Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı texnikalarının magistralda qoşqularla hərəkət etməsi ciddi təhlükə yaradır: "Təsəvvür edin ki, traktor hərəkət edir, arxasında da kotan. Gecə vaxtı belə hallarda arxadan gələn digər nəqliyyat vasitəsinin sürücüsü yalnız traktoru görür. Ona görə də yol qəzaları baş verir".
K.Əliyev qeyd edib ki, digər bir problemin də traktorların qoşqularında sərnişin daşınması ilə bağlıdır. O bildirib ki, qanunvericiliyə əsasən, traktorların qoşqularında sərnişin daşımaq qadağandır: “Bir müddət əvəl traktorun aşmaşı nəticəsində neçə nəfər həyatını itirdi. Bu baxımdan təhlükəsizlik məsələlərinə ciddi nəzarət olunmalıdır”.
K.Əliyevin sözlərinə görə, DYP rəhbərliyi traktorların və digər kənd təsərrfüatı texnikalarının gecə vaxtında magistral yollarda hərəkətinin qadağan edilməsi ilə bağlı tapşırıq verib: “Düzdür, kənd təsərrfüatı texnikalarının avtomobil yoluna çıxmaq məcburiyyətindədir. Ancaq bu cür texnikalar yola çıxarkən bizə məlumat verilsin ki, biz onu müşahidə edək, təhlükəsizliyi təmin edək. Təsəvvür edin kombaynın eni 5 metrdir. Onun hərəkəti zamanı nəzarət olunmalıdır”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












