Tramp siyasəti avtomobil sənayesinə ciddi zərər vurdu

ABŞ-də prezident Donald Trampın dövründə iqlim siyasətinə yanaşmanın dəyişməsi səbəbindən elektromobil istehsalı planlarından imtina edilməsi nəticəsində dünya avtomobil sənayesi 2025-ci ildə azı 65 milyard dollar itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Belə ki, transmilli avtomobil istehsalı korporasiyası "Stellantis N.V." bəzi elektromobil modellərinin istehsaldan çıxarılması və ABŞ-də 5,7 litrlik "Hemi V8" mühərrikinin istehsalının bərpa edilməsi səbəbindən 26 milyard dollar xərcləməli olub. Materialda qeyd olunub ki, bu qərar səhmlərin kütləvi satışına səbəb olub və nəticədə şirkətin bazar dəyəri təxminən 6 milyard dollar azalıb.
Məqalədə vurğulanıb ki, ABŞ-də elektromobillər üçün vergi güzəştlərinin ləğvi və Trampın nəqliyyat vasitələrindən emissiyaların azaldılmasına yönəlmiş qaydaları yumşaltmaq cəhdi analitiklərin proqnozlarına yol açıb: yaxın illərdə elektromobillərin payı Amerika bazarının cəmi 5 %-ni təşkil edəcək./report
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












