Türkiyə Azərbaycana avtomobil ixrac etmək istəyir

Türkiyə Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələri (Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) bazarlarına öz istehsalı olan avtomobilləri ixrac etməkdə maraqlıdır. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Sənaye və Texnologiyalar Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Türkiyə yerli avtomobillərin türkdilli ölkələrə ixracına başlamazdan əvvəl bu dövlətlərin avtomobil bazarlarını öyrənməyi planlaşdırır: "Türkiyə yerli istehsallı avtomobilləri digər qonşu bazarlara da ixrac etmək niyyətindədir". Nazirlikdən deyilib ki, yerli avtomobillər həm ölkə daxilində, həm də xaricdə digər avtomobil istehsalçılarının məhsulları ilə rəqabət apara biləcək. Bundan əvvəl sənaye və texnologiyalar naziri Mustafa Varank demişdi ki, Türkiyə istehsallı avtomobilin ilk nümunəsi 2019-cu ildə hazır olacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












