Türkiyə “Togg” elektrik avtomobilinin Avropada satışlarını artırır

Türkiyənin ilk elektrik avtomobili olan “Togg”un seriyalı istehsalının başlanmasının üçüncü ildönümündə bu markanın Avropa ölkələrinin bazarlarında satışı fəal şəkildə davam edir. Avtosfer.az xəbər verir ki, 2025-ci ilin sentyabr ayınadək Bursanın Gemlik bölgəsində yerləşən avtomobil zavodunun konveyerlərindən ümumilikdə 73 mindən çox “Togg” markalı seriyalı avtomobil çıxıb. Türkiyənin ticarət naziri Ömər Bolat bəyan edib ki, 100 avtomobildən ibarət ilk “Togg” partiyası artıq Almaniyaya göndərilib və ilin sonunadək bu göstəricinin 1000-ə çatacağı gözlənilir. “Togg”un hər iki T10X və T10F modeli “Euro NCAP” Avropa təhlükəsizlik sistemi tərəfindən ən yüksək təhlükəsizlik qiymətini alıb. Cari ilin ilk doqquz ayı ərzində “Togg” markasının Türkiyənin daxili bazarındakı elektrik avtomobillərinin satışındakı payı 17 faizdən çox olub (133 min 781 avtomobildən 23 min 325-i). 2025-ci ilin sentyabr ayında “Togg” Türkiyədə elektrik avtomobillərinin satışına görə ikinci yerə yüksəlib. Beynəlxalq “Brand Finance” reytinq agentliyinin məlumatına görə, 2024-cü ildə “Togg” ilk dəfə olaraq Türkiyənin ən dəyərli 125 brendi siyahısına daxil olub. İstanbul Sənaye Palatasının (İSO) “Türkiyənin 500 ən iri sənaye strukturu” reytinqində isə şirkət 37-ci yerdə qərarlaşıb. Yerli elektrik avtomobilinin satış proqramı çərçivəsində Türkiyənin 81 vilayətinin hər birində “Togg”un enerji doldurma məntəqələrindən ibarət geniş şəbəkə yaradılıb, bu məntəqələrin sayı artıq 2200-ü keçib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












