Türkiyədə avtomobil qiymətləri düşəcək

Türkiyədə də Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ABŞ mənşəli bəzi məhsulların idxalına tətbiq olunan əlavə vergilər ləğv edilib.
Avtosfer.az xəbər verir ki, artıq ABŞ istehsalı avtomobillərə tətbiq edilən 60 faizlik əlavə gömrük rüsumu qüvvədən düşüb. Qərara görə, 2018-ci ildə Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minmiş ABŞ istehsalı olan məhsulların idxalına əlavə maliyyə vəsaitinin tətbiqi haqqında qərar ləğv olunub.
Bildirilib ki, bu addım 1567 saylı Qanunun 1-ci, 474 saylı Qanunun 2-ci, 3283 saylı Qanunun 2-ci, 4458 saylı Qanunun 16-cı, 22-ci və 55-ci maddələri, həmçinin 2976 və 4067 saylı qanunların tələblərinə əsasən atılıb. Bu qərardan sonra isə “Avtomobil qiymətləri ucuzlaşacaqmı?” sualı gündəmə gəlib. Xüsusilə “Tesla” modellərində əlavə verginin qaldırılmasının qiymətlərin təxminən 30-40 faiz ucuzlaşmasına səbəb olacağı deyilir.
Əlavə vergi tətbiq edilən məhsullar bunlardır:
Minik avtomobilləri – 60%
Etil spirti və spirtli içkilər – 70%
Kosmetik məhsullar – 30%
Plastik məmulatlar – 30%
Tütün – 30%
Düyü – 25%
Sərt qabıqlı meyvələr – 10%
Kağız məhsulları – 10–25%.
Bu dəyişiklikdən sonra ABŞ istehsalı “Ford”, “Chevrolet”, “Tesla”, “Jeep”, “Cadillac”, GMC, “Dodge”, RAM, “Hummer” və “Chrysler” kimi markaların bəzi modellərinin qiymətlərində ciddi ucuzlaşma gözlənilir.
“Tesla” modellərində 60 faizlik əlavə verginin ləğvi qiymətlərin 30-40 faiz ucuzlaşmasına imkan yarada bilər.
Məsələn, hazırda “Tesla Model Y Standart Range” 2.305.500 TL-dir (təxminən 94926 AZN). Yeni qiymətin təxminən 1,5 – 1,7 milyon manat aralığında olması gözlənilir. Dəqiq məbləğ “Tesla” şirkətinin edəcəyi qiymət yeniləməsindən asılı olacaq.(cebheinfo)
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










