Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı

“Uçan avtomobillərlə bağlı çoxlu layihələr görmüşük. Amma “Jetson One” praktikliyi ilə digərlərindən fərqlənir.
Avtosfer.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu türkiyəli bloger Uğur Önver deyib.
Onun sözlərinə görə, polşalı sahibkar Tomas Patan tərəfindən hazırlanmış “Jetson One” 2021-ci ildə təqdim edilib:
“Layihənin əsas məqsədi şəhər nəqliyyatından yayınaraq fərdi uçuş imkanını daha əlçatan etməkdir.
Qiyməti 128 min dollar olan bu hava aparatı xüsusi pilotluq lisenziyası olmadan istifadə üçün nəzərdə tutulub. Səkkiz elektrik mühərriki və pərlə çalışan “Jetson One” cəmi 3 saniyə ərzində havaya qalxa bilir.
Formula-1 avtomobillərinin dizaynından ilhamlanan konstruksiya pilotu qoruyan xüsusi gövdə ilə təchiz edilib. İstehsalçının təqdim etdiyi məlumata görə, aparat hətta çevrilmə və qəza zamanı pilotun təhlükəsizliyini təmin etmək üçün hazırlanıb.
“Jetson One” saatda 100 kilometrə qədər sürət yığa bilir. İdarəetmə sistemi də olduqca sadədir: kabində iki costik yerləşir. Onlardan biri sürəti, digəri isə istiqaməti idarə edir.
Tam doldurulmuş batareya ilə təxminən 20 dəqiqə fasiləsiz uça bilir”.
Bloger qeyd edib ki, təhlükəsizlik üçün aparatda paraşüt sistemi də mövcuddur:
“Pərlərin işində problem yarandığı və ya fövqəladə vəziyyət baş verdiyi halda paraşütün təxminən 3 saniyə ərzində tam açılaraq təhlükəsiz enişə imkan verdiyi bildirilir.
“Jetson One”ın ilk prototipləri 2021-ci ildə hazırlanıb. Dörd il davam edən sınaqlardan sonra aparat satışa çıxarılıb.
Lakin burada maraqlı məqam var: “Jetson One”a tələbat o qədər böyükdür ki, 2026-cı il üçün nəzərdə tutulan bütün satışlar artıq tükənib.
Hazırda sifariş vermək istəyənlər 8 min dollar ilkin ödəniş etməklə istehsal növbəsində yerini rezerv edə bilər. Lakin yeni sifarişlərin çatdırılması yalnız 2027 və ya 2028-ci illərdə mümkün olacaq”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












