Ucarda 35 min sakinin istifadə etdiyi yol yenidən qurulur

Ucar rayonunda kəndlərarası avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə yaşayış məntəqələrini əhatə edir. Sözügedən yol hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə uzanan 31 km-lik avtomobil yolu əsasən qara örtük və çınqıl örtükdən ibarətdir. Ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti nəticəsində yolun yatağı və örtüyü deformasiyaya uğrayıb, çalalar və çökmələr əmələ gəlib, çiyin hissələr in eni azalıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sadalanan problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Tikinti layihəsinə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılır və kənara daşınır, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yol boyu yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılacaq. Bu işlər 310 min kv.m sahəni əhatə edəcək.
Yol boyu çiyinlərin 12 sm qalınlığında qum-çınqıl qarışığı ilə tikilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası, bundan başqa suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından 432 paqon-metr metal boruların, həmçinin müxtəlif diametrli 840 paqon-metr dəmir-beton boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da nəzərdə tutulub.
Tikinti norma və standartlarına uyğun olaraq torpaq işləri bitəndən sonra yolun 190 min kv.m sahəsinə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Bunun ardınca isə hərəkətin normal təşkili üçün 6 ədəd avtobus dayanacağının, 162 ədəd yol nişanının və 523 ədəd siqnal dirəyinin quraşdırılması, 93 km uzunluğunda xətlənmə işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, 31 km uzunluğa malik Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolu 5 yaşayış məntəqəsinin 36 minə yaxın əhalisini Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












