Ucuz satılan lüks avtomobillər - Alanları nə gözləyir?

Məlum məsələdir ki, Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti ABŞ-də qəzaya düşmüş maşınlardır. Bu avtomobillərin vəziyyəti barədə VİN kodu vasitəsi ilə “CarFax” etdirməklə tam məlumat almaq mümkündür.
Bəzi avtomobilləri “CarFax” etdirən zaman maşının sığorta statusunda “salvage” yazılır. Bəs bu nə deməkdir? 1000, 1500 dollara satılan “Salvage” kateqoriyalı maşınları almağa dəyər?
Avtosfer.az xəbər verir ki, “salvage” maşın almaq barədə düşünərkən bir neçə vacib məqamı nəzərə almaq lazımdır. “Salvage” maşınlar, ümumiyyətlə, ciddi qəzaya düşən, təbii fəlakət, yanğın və ya su zədəsi almış, sığorta şirkətləri tərəfindən dəyərdən düşmüş avtomobillərdir. Bunların bəzi üstünlükləri və çatışmazlıqları var:

“Salvage” maşınlar adi maşınlardan daha ucuz olur. Ucuz qiymət səbəbilə bəzən daha üstün model almaq imkanı yaradır. Maşını yenidən yığmaq və ya ehtiyat hissəsi kimi istifadə etmək istəyənlər üçün bu maşınlar yaxşı seçim ola bilər.
“Salvage” maşınlar əvvəllər ciddi zədələr gördüyü üçün, onların tam güvənli olması şübhəli ola bilər. Hətta yenidən düzəldilsə belə, bu maşınlar gələcəkdə satmaq üçün çətin olacaq və yenidən dəyərdən düşəcəklər. Bəzi sığorta şirkətləri salvage maşınları sığortalamaqda çətinlik yarada bilər və ya tam sığorta xidmətləri təklif etməyə bilər. Bu maşınların bir çoxunda uzunmüddətli texniki problemlər yarana bilər. Yenidən düzəldilsə belə, zamanla əlavə xərc tələb edə bilər.
Əgər bu maşını ehtiyat hissələri üçün almaq və ya qısa müddətli istifadə etmək istəyirsinizsə, uyğun qiymətə tapmaq sərfəli ola bilər. Lakin uzunmüddətli istifadə, təhlükəsizlik və satışı düşünürsünüzsə, “salvage” maşın almaq böyük risk daşıyır.
(milliaz)
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt












