Ucuz yeni çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?

"Artıq bir neçə ildir ki, Azərbaycanda Çin avtomobilləri, xüsusilə hibrid və plug-in hibrid modellər çoxluq təşkil edir. Bugünə qədər apardığım şəxsi usta statistikasına əsasən, bu avtomobillərin 51 faizi özünü doğruldub".
Avtosfer.az xəbər verir ki, bunu avtomobil ustası Sahil Ağabəyli deyib.
Onun sözlərinə görə, hazırda 200 min kilometrə qədər yol qət edən və ciddi texniki problem yaşamayan Çin avtomobilləri var:
"Belə avtomobillərin heç bir hissəsində dəyişiklik edilməyib. Yalnız əyləc qəlibləri, yəni nakladkalar və yağ dəyişdirilib. Bundan başqa, heç bir ciddi təmirə ehtiyac olmayıb".
S.Ağabəyli həmçinin qeyd edib ki, bu gün bəzi brend markaların elə avtomobilləri var ki, 100 min kilometr belə getmədən mühərriklərində zəncir uzanması və ya sürətlər qutusunda problemlər yaranır:
"İndi həmin brend markaların qiymətlərinə baxaq. 100 mindən, 200 mindən başlayan avtomobillərdir. Amma sən gedib 20 min, 30 min, maksimum 50 min manat civarında yeni avtomobil alırsan, həmin avtomobil 200 min kilometr gedir və yenə də narazılıq edirsən. Halbuki vaxtilə 100 min kilometr gedib mühərrikində problem yaranan, yüz minlərlə manat ödədiyin avtomobilə "of" demirsən.
Mən deyərdim ki, bugünkü gün Azərbaycanda olan Çin avtomobilləri qənaətbəxşdir. Hər kəsin öz büdcəsi var. Mən büdcəsinə uyğun başqa ölkələrin işlənmiş, ikinci-üçüncü əl avtomobillərini almaqdansa, yeni Çin avtomobili almasını tövsiyə edirəm"./milli.az
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












