Ukraynada milyonluq avtomobillər peyda olur: Səbəb nədir? - FOTO

Son illərin təhlili göstərir ki, avtomobil də siyasət predmeti ola bilər. Belə bir sual ortaya çıxır: A ölkəsinin vətəndaşının sürdüyü avtomobilin B ölkəsinin siyasətçisinənə aidiyyatı var? Dövlət hansısa məqsədlə avtomobil aldıqda sisyasi seçim edə bilər. Vətəndaşı isə sırf texniki məsələlər maraqlandırır.
Bunu Ukrayna timsalında aydın görmək mümkündür. Volodimir Zelenski Qərbdən yardım istədikdə cəmi 1 gün sonra saytlarda ukraynalılara məxsus lüks avtomobillərin fotoları peyda olur. Elə bu həftəki xəbərlərə nəzər salsaq azı 10 belə xəbərə rast gəlrik. Məsələn, “tüninq olunmuş “Toyota” Kiyevdə göründü”, “Ukraynada yarım milyonluq “Ferrari” görüntüləndi”, “Monakoda (Parisdə, Berlində) Ukrayna nömrəli maşın”, “Ukraynaya 800 min dollarlıq avtomobil gətirildi” və s. tipli xəbərlər hər ay tirajlanır.
İlk baxışdan bunlar adi, şou tipli xəbərlərdir. Ciddi avtomobil saytları bunlara yer ayırmaya da bilər. lakin işə siyasət qarışanda hər şey dəyişir. Artıq Baydenin postu ilə vidalaşmasına təxminən 40 gün qalıb. Onun da 10 gündən çoxu qeyri-iş günlərinə təsadüf edir. Rəsmi Kiyev isə bu perioddan maksimum istifadə etməyə çalışır. Çünki Tramp gəldikdən sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir.
Lüks avtomobillərlə bağlı xəbərlər eyni zamanda ucuz maşınlara dair məlumatlarla müşayiət olunur. Ukrayna mətbuatının son 1 illik dövrünü təhlil etsək belə təsəvvür yaranır ki, “Bentley”, “Rolls-Royce”, “Ferrari” kimi dəyəri yüz minlərlə ölçülən avtomobillərin satışı çox ciddi şəkildə artıb. Dəyəri 100 min dolları ötən bəzi modellərin satışı ilə ərzində ikiqat çoxalıb. Qiymət 10 min dollardan aşağı olan maşınların satışı isə tam əksinə, aybaay azalır.
Sizcə, müharibə gedən ölkədə bunun əksi olmalı deyilmi?
Vüqar Yaşaroğlu
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA












