Vergi güzəştinin ləğvi bu maşınların satışını artıracaq - AÇIQLAMA

Gələn ildən Azərbaycana gətirilən hibrid avtomobillər üçün vergi güzəştlərinin ləğv ediləcəyi barədə gözlənilən qərar indidən bazarda həmin maşınların qiymət artımına səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirdi ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı "Azərbaycan 2030 Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər" sərəncamında beşinci prioritet kimi "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" hədəfi vurğulanır:

"Bu hədəfə çatmaq üçün, yalnız ümumi iqtisadiyyat deyil, bütün sektorlar, o cümlədən avtomobil və nəqliyyat sektoru da diqqət mərkəzində olub. O dövrdə Azərbaycandakı avtomobil parkının 86%-i artıq 10 ildən yuxarı yaşı olan köhnəlmiş avtomobillərdən ibarət idi. Bu problemin həlli üçün, xüsusilə elektrik və hibrid avtomobillərə xüsusi güzəştlər tətbiq edilməyə başlayıb. Bu güzəştlər həm köhnə avtoparkın yenilənməsi, həm də taksi parkının modernləşdirilməsi baxımından çox mühüm bir addım olub. Bundan əlavə, utilizasiya proqramı da tətbiq edilərək köhnəlmiş avtomobillərin yeniləri ilə əvəzlənməsi təmin edilib. Artıq ikinci il üzrə utilizasiya davam edir. Bütün bu tədbirlər yaşıl artım ölkəsi olmaq yolunda irəliləməyimizə mühüm töhfə verib".
Müsahibimizin fikrincə, gələcəkdə hibrid avtomobilləri ilə bağlı vergi güzəşti müddətinin bitməsi və müddətinin artırılması məsələləri bazarda müəyyən dəyişikliklərə səbəb ola bilər:
"Bu, xüsusilə daxili yanma mühərrikli yeni avtomobillərin satış tempinin artmasına gətirib çıxaracaq. Eyni zamanda, ikinci əl avtomobillərin satışında da beş-altı yaşlı avtomobillərin satış həcminin artacağı gözlənilir. Elektrik avtomobilləri isə hibridlərdən nisbətən daha az satılsa da, satış tempinin artması gözlənilir. Bunun səbəbi, elektrikli avtomobillərə olan tələbin artırılmasıdır. Azərbaycanda elektrik avtomobillərinin inkişafını dəstəkləyəcək infrastrukturlar artıq qurulub. "Azərişıq" və özəl sektor nümayəndələri tərəfindən bu sahədə infrastruktur layihələri həyata keçirilib. Bu şərait və imkanlar elektrikli avtomobillərin inkişaf tempini daha da sürətləndirəcək. Bütün bu addımlar, ölkəmizin avtomobil parkının modernləşdirilməsi, təmiz ətraf mühitin təmin edilməsi və yaşıl artım ölkəsi olma istiqamətində atılan mühüm addımlardır", - deyə Eyyub Əliyev qeyd etdi.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












