Vergi güzəştinin ləğvi hibrid avtomobillərini nə qədər bahalaşdıracaq? - AÇIQLAMA

2026-cı ilin büdcə zərfinə əsasən, gələn ilin ilk günündən etibarən Azərbaycanda hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunur.
Belə ki, 2026-cı ilin yanvarın 1-dən yalnız tam elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Güzəştlərin ləğv edilməsinin avtomobil qiymətlərinin artmasına təsir edəcəyi bimənalıdır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə heyətinin sədri Eyyub Əliyev öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, güzəştlərin ləğv edilməsi qiymətlərə təsir göstərəcək, çünki avtomobilin dəyərinin üstünə həmin vergi məbləği də əlavə olunacaq. Ekspert bildirib ki, ölkəyə idxal edilən hibrid avtomobillərin qiymətində təqribən 20 faizə qədər artımın olacağı gözlənilir:
“Lakin sevindirici hal ondan ibarətdir ki, elektrikli avtomobillərə bu güzəşt davam edəcək. Bu, əlbəttə ki, ölkə cənab Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqrama əsasən həyata keçirilir. Proqramın 5-ci bəndini “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” təşkil edir. Bu proqram çərçivəsində təmiz ətraf mühitə, yaşıl artıma nail olmaq üçün nəqliyyat sektorunda avtomobil parkının yenilənməsi istiqamətində xeyli işlər görüldü. Həmin dönəmdə Azərbaycanda avtomobil parkının 86%-dən çoxu yaşı 10 ildən yuxarı olan köhnə avtomobillər idi. Bu proqram çərçivəsində elektrik və hibrid avtomobillərə xüsusi güzəşt tətbiq olundu, utilizasiya başladı və nəqliyyat sektrorunda avtoparkın yenilənməsi istiqamətində mühüm addımlar atıldı”.
Mütəxəssis söyləyib ki, bu gün də elektrikli avtomobillərə güzəştlərin davam etdirilməsi bu proqramdan irəli gələn addımlardır: “Ümid edirəm ki, bu, nəinki 2026-cı ilə, həmçinin 2030-cu ilə qədər davam edəcək və biz həm avtoparkımızı yeniləmiş olacağıq, həm də ekologiyamızı qorumuş olacağıq”.(iqtisadiyyat.az)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












