Banner

Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO

Avtoxəbər 12 Noyabr 2026 12:18
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Son zamanlar sosial şəbəkələrdə bəzi avtomobil icarəsi şirkətlərinin sürücülük vəsiqəsi olmayan şəxslərə də avtomobil təklif etməsi diqqət çəkir.

Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, həmin şirkətlər avtomobil icarəyə götürmək üçün 18 yaşın tamam olmasını kifayət hesab edirlər.

Müştərilərin "Bəs sürücülük təcrübəsi olmayan şəxslərə avtomobili necə verirsiniz?" sualına isə "Avtomobili necə idarə etməsinə baxırıq" cavabı verilir.

Bəs bu cür cəlbedici təkliflərlə müştəri toplamağa çalışan şirkətlər yaratdıqları təhlükənin və qanun pozuntusunun fərqindədirlərmi?

Baş Dövlət Yol Polisi İdarəsi belə hallarla bağlı avtomobil icarəsi şirkətlərinə xəbərdarlıq edib.

Bildirilib ki, icarəyə avtomobil verən şəxslər müştərinin yalnız sürücülük vəsiqəsinin olub-olmadığını yoxlamaqla kifayətlənməməli, onun avtomobili təhlükəsiz idarə etmək üçün kifayət qədər təcrübəyə malik olduğuna da əmin olmalıdırlar.

YouTubehttps://www.youtube.com/watch?v=RzbRxcKU_X0

 

 

Oxunub : 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh