"Volkswagen" "Beetle" modelini buraxmayacaq

Alman avtomobil konserni "Volkswagen"in ABŞ bölməsi məşhur "Beetle" modelinin buraxılışını dayandıracaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə şirkətin bəyanatında bildirilir. Qeyd olunur ki, avtomobilin buraxılışına 2019-cu ilin ortasında son qoyulacaq: "Beetle"in 3 nəsil və təxminən 70 ildən sonra yox olması onun sadiq pərəstişkarlarında çoxlu emosiyalar doğuracaq", - deyə konsernin ABŞ bölməsinin baş direktoru Hinrik Vobken bildirib. Onun sözlərinə görə, "Beetle"in gələcək buraxılışı "Volkswagen"in planlarına uyğun gəlmir, çünki avtomobil konserni Amerika bazarında əsasən ailə avtomobillərinin buraxılışında diqqətini cəmləşdirmək niyyətindədir. Modelin istehsalının dayandırılması ilə əlaqədar şirkət yaxınlarda iki son modeli buraxacaq. Onlar "Final Edition SE" və "Final Edition SEL" olacaq ki, bu modellər avtomobil tarixinə son qoyacaq. İlk modelin bağlı kuzovla qiyməti 23 min ABŞ dollarına yaxın olacaq, ikinci modelin qiyməti isə 26 min dollar təşkil edəcək. Avtomobillərin açıq kuzovlu qiymətləri isə müvafiq olaraq 27 və 30 min dollar təşkil edəcək.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












