"Volkswagen"ə qarşı kollektiv iddia irəli sürülüb

Almaniyanın Braunşveyq əyalətinin Ali Məhkəməsi "Volkswagen" (VW) avtomobil konserninə qarşı kollektiv iddia üzrə şifahi təhqiqata başlayıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, səhmdarların sözlərinə görə "Volkswagen" AG və onun adi (səsvermə hüququna malik) səhmlərinin əksəriyyətinin sahibi olan "Porsche" SE holdinq şirkəti işlənmiş qazlar barəsində məlumatlara aid manipulyasiyalar haqqında çox gec məlumat veriblər. Min nəfərdən çox səhmdarın adından bu iddianı "Deka İnvestments" investisiya şirkəti təqdim edib. Səhmlərin qiymətdən düşməsi üzündən yaranmış itkilərin ümumi məbləği təqribən 9 milyard avroya bərabər hesab edilir. İddiaçının vəkilləri göstərirlər ki, Amerikanın Ətraf Mühitin Qorunması üzrə Agentliyi 2015-ci il sentyabrın 18-də "Volkswagen" avtomobillərinin işlənmiş qazlarının tərkibində olan zərərli maddələr barədə ekoloji testlərin nəticələrinin saxtalaşdırıldığını bildirib. Konsern, öz növbəsində, birja ticarəti iştirakçılarına bu barədə yalnız sentyabrın 22-də məlumat verib. O vaxt konsernin adi səhmlərinin məzənnəsi 56,20 avro qədər, imtiyazlı (səsvermə hüququ verməyən) səhmlərinin məzənnəsi isə 61,80 avro qədər düşmüşdü. Həmin günlər ərzində "Porsche" SE səhmlərinin məzənnəsi 21,03 avro qədər azalıb. İttiham tərəfinin fikrincə, Almaniya konserni işlənmiş qazların tərkibində zərərli maddələrin zəruri səviyyəyə qədər azaldılmasının mümkün olmadığını hələ 2008-ci ilin aprelində müəyyən edib. Konsern bu barədə bazar iştirakçılarına dərhal məlumat verməli idi. Aparıcı vəkil Andreas Tilp deyib: "Həmin andan VW bizi aldatmağa başlayıb". Gözlənildiyinə görə, bu iş üzrə proses dekabrın 10-dək davam edəcək, verdikt isə 2019-cu ildə çıxarılacaq. Lakin son qərarı Almaniya Federal Məhkəmə Palatası qəbul etməli olacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












