"Volkswagen"in sabiq rəhbərinə qarşı ittiham irəli sürülüb

ABŞ-ın Miçiqan ştatının prokurorluğu dizel mühərrikli avtomobillərlə bağlı qalmaqala dair iş üzrə "Volkswagen" konserninin keçmiş rəhbəri Martin Vinterkorna qarşı ittiham irəli sürüb. “Report” xəbər verir ki, o, ABŞ hökumətinə qarşı fırıldaqçılıq və ölkənin "Təmiz hava haqqıda" qanununun pozulması məqsədi ilə həmkarları ilə işbirliyinə girməkdə müqəssir bilinir. İstintaq iddia edir ki, "Volkswagen"in sabiq rəhbəri və konsernin digər beş əməkdaşı mühərriklərin standartlara cavab vermədiyini bildikləri bir halda, əlbir olaraq havaya buraxılan işlənmiş qaz sınaqlarının nəticələrini saxtalaşdırmaq qərarına gəliblər. İttiham aktında bildirilir ki, Vinterkorna qalmaqalın ictimailəşməsinə az qalmış iki dəfə - 2014-cü ilin mayında və 2015-ci ilin iyulunda şirkətin Amerika emissiya sınaqlarını aldatdığı barədə məlumat verilib. Avtokonsern proqram təminatının köməkliyi ilə dizel mühərriklərində kükürd oksid tullantılarının həddindən çox olmasına dair məlumatları azaldıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












