Xaricdən avtomobil gətirənlərin nəzərinə: İran ərazisindən... - AÇIQLAMA

Ölkəmizə xaricdən (daha dəqiq desək Cənubi Koreyadan və Dubaydan) gətirilən avtomobillər adətən İran ərazisindən keçməklə daşınır. Məlum olduğu kimi, hazırda cənub qonşumuz olan İran ərazisində hərbi toqquşmalar davam edir.
Bundan başqa, Azərbaycana çox sayda avtomobilin gətirildiyi Dubaydakı bəzi obyektlərin də raket hücumuna məruz qaldığına dair görüntülər də yayılıb.
Belə olan halda avtomobil sifariş etmiş vətəndaşlar arasında narahatlıq yaranıb. Onlar gecikmələrin yarana biləcəyindən, hətta daşınma zamanı maşınlara zərər dəyə biləcəyindən narahatdırlar.
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, şirkətlər tərəfindən xaricdən gətirilən avtomobillər sığortalanır:
"Belə olan halda hər hansı problem baş verərsə, sığorta zərəri qarşılamalıdır. Fərdi qaydada xaricdən maşın gətirən vətəndaşlara tövsiyəm bundan ibarətdir ki, onlar da avtomobilləri sığortalasınlar.
Hərbi əməliyyatların davam etməsi səbəbindən, İran vasitəsilə daşınan avtomobillərin gətirilməsində gecikmələr baş verəcək. Daşınma üçün hansı yolların təhlükəli olub-olmaması ilə bağlı hələlik hər hansı təlimat mövcud deyil. Belə bir ehtiyac yaransa, yəqin ki, müvafiq qurumlar tərəfindən məlumat verilər”, - deyə ekspert əlavə edib./unikal
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












