Xaricdən avtomobil gətirənlərin xərcləri boşa gedə bilər - AÇIQLAMA

Bəzi insanlar daha sərfəli olduğunu düşünərək, avtombili xaricdən sifariş verir. Bu zaman maşının qeydiyyata alınması və ya qeydiyyatının dəyişdirilməsi prosesləri baş verir.
Bu prosesləri necə və harada etmək olar?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafeyev açıqlamasında bildirdi ki, prosedurun rəsmi şəkildə həyata keçirilməsi asan olsa da, bəzi çətinliklər vətəndaşların səbirsizliyindən qaynaqlanır.
"Azərbaycanda avtomobil qeydiyyatı prosesi dövlət tərəfindən müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Bu prosedur Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat Mərkəzlərində aparılır və burada vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb. Mərkəzdə həm bank xidmətləri, həm də digər zəruri infrastruktur mövcuddur. Bununla yanaşı, prosesin rəsmi şəkildə həll edilməsi üçün dövlət rüsumları kifayət qədər aşağıdır.
Prosedurun şəffaf və sadə olmasına baxmayaraq, bəzi vətəndaşlar növbələrə və prosesin müəyyən mərhələlərinə səbr göstərməkdə çətinlik çəkir. Bu səbəbdən, əlavə vasitəçilərə müraciət edənlər olur. Halbuki, səbrli olmaqla rəsmi prosedurları izləyən şəxslər qeydiyyatı heç bir çətinlik çəkmədən həyata keçirə bilərlər. Mərkəzlərdə əlavə şəxslərin işə müdaxilə etməsinə ehtiyac yoxdur, çünki rəsmi qurumlar prosesi mümkün qədər şəffaf və asan şəkildə idarə edir".
Ekspert bildirdi ki, onlayn platformalardan xaricdən sifariş edərkən, təhlükəsizliyə diqqət yetirilməməsi həm maddi, həm də hüquqi risklər yarada bilər.
"Xaricdən nəqliyyat vasitəsi idxal edən vətəndaşlar üçün müəyyən edilmiş standartlar və məhdudiyyətlər mövcuddur. İlk növbədə, ölkəyə gətirilən avtomobil Azərbaycan Respublikasında qəbul edilmiş texniki və ekoloji standartlara uyğun olmalıdır. Bu şərtlər yerinə yetirildiyi təqdirdə, avtomobilin hansı ölkədən idxal edildiyinin heç bir fərqi yoxdur.
Bununla belə, idxal edilən avtomobillərin istehsal tarixi ilə bağlı ciddi məhdudiyyətlər var. Belə ki, istehsal tarixi 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalı qadağandır. Bu qayda, ətraf mühitin mühafizəsi və texniki təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır. Dünya üzrə ixrac edilən avtomobillərin əksəriyyəti standartlara uyğun gəldiyi üçün idxal prosesində bu tələbləri qarşılamaq çətin deyil. Son dövrlərdə avtomobil idxalı üçün müxtəlif onlayn platformalardan istifadə edənlər artıb. Lakin bu platformaların bəziləri hüquqi baxımdan zəif təşkil edildiyindən vətəndaşlar üçün risklər yarada bilər. Bu cür hallardan qorunmaq üçün hüquqi cəhətdən müəyyən depozit, müəyyən qarantiya şərtləri ilə müqavilə bağlamaq lazımdır", - deyə Yasin Mustafayev əlavə etdi.
(redaktor.az)
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










