Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ! - Bu tarixdən güzəşt olmayacaq – RƏSMİ

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən elektrik, hibrid və plug-in hibrid avtomobillərə tətbiq edilən güzəştlər ləğv olunur.
Nəzərə alaq ki, 2022-ci ilin 1 yanvarından Azərbaycana gətirilən elektrik, hibrid və plug-in hibrid avtomobillər 3 il müddətinə ƏDV-dən və bəzi gömrük rüsumlarından azad olunmuşdu. 31 dekabr 2025-ci ildə artıq güzəşt müddəti başa çatır.
Maraqlıdır ki, son zamanlar sifarişlə avtomobil gətirənlərin sayı kəskin artıb. Proses bu gün də davam edir. Lakin güzəşt müddətinin başa çatmasına cəmi 45 gün qalıb.
Belə vəziyyətdə 2025-ci ildə sifariş edilən elektrik, hibrid və plug-in hibrid avtomobillər 2026-cı ildə ölkəyə daxil olarkən vergi və gömrük rüsumu necə hesablanacaq?
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Komitədən Bizim.Media-nın sorğusuna belə cavab verilib:
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür”.
Bu da o deməkdir ki, yanvarın 1-dən sonra ölkəyə gətirilən müvafiq kateqoriyalara daxil olan avtomobillərə vergi və gömrük rüsumları üzrə hazırda mövcud olan güzəştlər tətbiq edilməyəcək.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












