Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər - VİDEO

Özünüzün də xəbər olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər. Avtosfer.az-ın məlumatına görə, bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə düşməməsi üçün yeni üsula əl atırlar. Onlar başqalarına bilərəkdən etibarnamə verir ki, cərimələr həmin şəxsə getsin.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, bunun əsas səbəbi etibarnamə ilə bağlı qanunun hələ də qüvvədə olmasıdır. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində etibarnamə ilə avtomobil idarə etmək məsələsi yoxdur.
Ərşad Hüseynov deyir ki, hətta şəxsin xəbəri olmadan da onun adına etibarnamə verilə bilər. Çünki etibarnamə birtərəfli bağlanan əqddir.
Ekspert qeyd edir ki, əgər hər hansı bir şəxsin adına idarə etmədiyi avtomobilə görə cərimə protokulu gələrsə, 10 gün müddətində nəqliyyat vasitəsini idarə etmədityinə dair vəsatət qaldırmalıdır. Bundan sonra onun adına olan protokol ləğv ediləcək. Ardınca isə araşdırma aparılaraq sükan arxasında olan şəxs müəyyən ediləcək və protokol onun adına tərtib olunacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












