Yağdəyişmə zamanı sürücülərin ən çox buraxdığı 5 ciddi səhv

Yağdəyişmə srücülərin ən çox həyata keçirdiyi prosedurlardandır. Avtomobil istismar edilirsə, müntəzəm olaraq mühərrikin də yağı dəyişdirilıməlidir.
Lakin heç də hamı bu proseduru düzgün icra etmir. Buraxılan səhvlər isə mühərrikin vaxtından tez sıradan çıxması ilə nəticələnir.
Avtosfer.az sürücülərin yağdəyişmə zamanı sürücülərin buraxdığı xətaları təqdim edir.
Bunların ən başında reqlamentə kor-koranə əməl etmək dayanır: sürücü yağı dəyişdirir. Usta və ya zavod növbəti dəfə 15 min kilometrdən sonra yağdəyişmə tövsiyə olunur. Sürücü isə bu limitdən 1 kilometr də az sürmür. Reallıq isə başqadır.
Şəhər rejimindəki tıxaclar, addım-addım hərəkət, kəskin sürətlənmə və yavaşlama, tozlu hava, aşağı oktanlı benzin mühərrik yağının sürətlə köhnəlməsinə səbəb olur. Artıq 5-6 min kilometrdən sonra karterdəki yağ qatrana dönərək mühərrikin iş divarlarına yapışmağa başlayır.
Növbəti səhv isə mühərrik soyuq ikən yağın dəyişilməsidir. Soyuq yağ yaxşı sürüzlmədiyi üçün bir hissəsi mühərrikdə qalır və təzə yağla qarışaraq onun keyfiyyətini aşağı salır.
Üçüncü səhv isə keyfiyyətli yağ əvəzinə daha ucuz və şübhəli yağlardan istifadə etməkdir. Bizcə, keyfiyyətsiz yağın avtomobilə vurduğu ziyanla bağlı ətraflı danışmağa lüzum yoxdur. Söhbət təkcə mühərrik yağından getmir.
Dördüncü xəta lüzumsuz olaraq qatqılardan istifadə edilməsidir. təzə avtomobildə buna ümumiyyətlə ehtiyac yoxdur.
Beşinci səhv isə sürücü ilə deyil, avtoservislərlə bağlıdır. Əksər yerlərdə yağın saxlanma rejiminə əməl edilmir. Avtomobil yağları sərin, birbaşa
Günəş şüası düşməyən yerdə, kip bağlanmış tarada saxlanmalıdır.
Vüqar Yaşaroğlu
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












