"Yaponlardan daha keyfiyyətli avtomobil istehsal edirik" deyən rus şirkət rəhbəri “Mercedes”də gəzir - VİDEO

Bir müddət əvvəl Avtovaz şirkətinin rəhbərinin açıqlaması hələ də sosial şəbəkəni “zəbt edib”.
Avtosfer.az xəbər verir ki, Maksim Sokolov canlı yayımda “Lada Aura”nın “Toyota”dan daha keyfiyyətli olduğunu iddia edib.
“Diz və qabaq oturacaq, tavan və baş arasındakı məsafəyə görə “Lada Aura”nın arxa oturacağı sərnişinə “Toyota Camry”dən daha çox komfort təqdim edir. Bu da avtomobilin beynəlxalq standartlara uyğun olduğunu göstərir.”
Sokolovun açıqlaması sosial mediada gülüş hədəfinə çevrilib. Hətta bu açıqlama yapon dilinə də dublyaj edilərək yayılıb.
Maraqlıdır ki, “yaponlardan daha keyfiyyətli avtomobil istehsal edən” şirkətin rəhbəri xidməti avtomobil kimi son model “Mercedes”i seçib. Yaponiyada isə avtomobil istehsalçıları nə belə absurd iddia səsləndirir, nə də başqa markalardan olan maşına minirlər.
QEYD: Bu xəbər sırf informasiya xarakteri daşıyır və heç bir halda yaponiyalı istehsalçıya qarşı yönəlməyib. Kimin hansı keyfiyyətdə avtomobil istehsal etdiyini biz deməsək də, hər kəs çox gözəl bilir.
Vüqar Yaşaroğlu
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI












