Yaponların unutduğu model İranda “modernləşdirdildi”

İranın SAİPA şirkəti məşhur Zamyad Z24 pikapının xarici görünüşündə dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, avtomobilin qabarit işıqları və faraları yenilənib. İndi həm yaxın, həm də uzaq işıq faraları linza ilədir. Bu dəyişiklik “modernləşdirmə” kimi təqdim edilir.
Qeyd edək ki, Zamyad Z24 pikapı Nissan Junior modelinin 1970-ci il versiyasıdır. Şahın vaxtında lisenziyası alınmış model 55 ildir ciddi dəyişikliyə məruz qalmadan istehsal edilir.
Ötən ilin sonlarında avtomobildə daha bir “müasirləşmə” həyata keçirilmişdi. O vaxt avtomobilin mexaniki spidometri elektronla əvəz edilmişdi.
Yaponiyada bu modelin istehsalı 1974-cü ildə dayandırılıb. Gündoğar ölkədə bu modeli ya Nissanın muzeyində, ya da şəxsi kolleksiyalarda görmək mümkündür.
Vüqar
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












