Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA

Yayda avtomobillərdə yanğın riski artır.
Ən böyük təhlükə köhnə maşınlar və qeyri-peşəkar müdaxilələrdir. Xüsusilə texniki nasazlığı olan və elektrik sisteminə sonradan müdaxilə edilmiş avtomobillərdə bu risk daha yüksək olur.
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, yay aylarında avtomobillərdə yanğın hadisələrinin sayı artır və bunun bir neçə əsas səbəbi var:

"İlk növbədə, benzinlə işləyən avtomobillərdə sonradan qeyri-peşəkar şəkildə quraşdırılan əlavə avadanlıqlar yanğın riskini artırır. Avtomobilə ambient işıqlar, LED lampalar, duman əleyhinə işıqlar və digər elektrik avadanlıqları quraşdırılarkən elektrik sisteminə müdaxilə edilir. Yay aylarında havanın həddindən artıq isti keçməsi və mühərrikin daha çox qızması nəticəsində sonradan çəkilmiş naqillərdə qısaqapanma baş verir ki, bu da avtomobilin alışmasına səbəb ola bilər. Daha çox yanğın hadisələri köhnə avtomobillərdə müşahidə olunur".
Dəniz Ağabəyli əlavə olaraq qeyd edib ki, yeni avtomobilər baş verən yanğınların əsas səbəbi sonradan quraşdırılan əlavə avadanlıqlardır:
"İstismar müddəti çox olan avtomobillərdə isə əsas risk yanacaq sızmaları ilə bağlıdır. Dizel mühərrikli avtomobillərdə yanacaq sistemində hər hansı sızma olarsa, bu yanğınla nəticələnə bilər. Benzin mühərrikli avtomobillərdə isə forsunkalar, şlanqlar və onlara gedən elektrik naqillərində yaranan nasazlıqlar da alışma riskini artırır.
Yay mövsümündə sürücülər avtomobillərinə mütəmadi texniki qulluq etdirməli, xüsusilə də elektrik və yanacaq sistemini yoxlatdırmalıdırlar. Bu, həm uzun yolda yaranacaq nasazlıqların, həm də mümkün yanğın hadisələrinin qarşısını almağa kömək edəcək".
Fatimə
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












