Yay mövsümündə avtomobil sürdükdən sonra radiatoru təmizləmək vacibdir?

Yay mövsümü başa çatdıqdan sonra sürücülər avtomobillərinin radiatorunu üzərinə yapışmış həşərat qalıqlarından mütləq təmizləməlidirlər. Əks halda, yüksək rütubət şəraitində həmin qalıqlar kiflənə və radiatorun işinə mənfi təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə rusiyalı avtomobil eksperti Dmitri Popov RT-yə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, yay aylarında radiatorun ön hissəsində ağcaqanad, milçək və digər həşəratların qalıqları toplanaraq qalın üzvi çirk qatı əmələ gətirir. Bu təbəqə radiatorun hava dövranını zəiflədir və soyutma sisteminin səmərəliliyini azalda bilər.
D.Popov radiatorun sentyabr ayında yuyulmasını tövsiyə edib. Onun sözlərinə görə, təmizləmə zamanı radiator borularına zərər verməmək üçün yüksəktəzyiqli suyun aşağı gücdə və ehtiyatla tətbiq edilməsi vacibdir.
Ekspert bildirib ki, yay mövsümündən sonra hava filtrlərinin vəziyyəti də yoxlanılmalıdır. Filtrlərdə toplanan çirk və digər qalıqlar onların dəyişdirilməsini zəruri edə bilər.
D.Popov sonda qeyd edib ki, yay mövsümündən sonra avtomobilin ön şüşəsi də sabunlu su ilə yuyularaq həşərat izlərindən tam təmizlənməlidir.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












