Yay təkərləri ilə QARLI YOLLARDA - Qış təkərləri məcburi olmalıdırmı?

Qış mövsümündə yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri avtomobillərin hava şəraitinə uyğun olmayan təkərlərlə idarə edilməsidir. Bir çox ölkələr bu riski azaltmaq üçün qış təkərlərinin istifadəsini məcburi qaydaya çevirib. Amma Azərbaycanda hələ də qış təkərlərinə ilə bağlı məcburi qanun tətbiq edilmir.
Arqument kimi ölkə ərazisinin böyük hissəsində sərt qış şəraitinin uzunmüddətli olmaması göstərilir. Lakin bu yanaşma Şamaxı, Quba, Qusar, İsmayıllı kimi dağlıq bölgələr üçün kifayət qədər əsaslı görünmür. Nəticə də göz önündə: bayram günlərində bölgələrdə qarlı yollarda onlarla sürücü çıxılmaz vəziyyətdə qaldı, daha bir neçəsi də qəza törətdi. Araşdırılsa bu maşınların əksəriyyəti hələ də yay rejimindən çıxmayıb.
Mövzu ilə əlaqədar avtomobil üzrə ekspert Seymur Nağıyev bildirdi ki, qış aylarında, xüsusən də qarlı-buzlu yollarda baş verən qəzaların əhəmiyyətli hissəsi məhz təkərlərin sürüşməsi ilə bağlıdır.
“Qış təkərlərinə keçilməməsinin əsas səbəblərindən biri laqeydlik, digəri isə iqtisadi amillərlə bağlıdır. Qış təkərləri sürücülər üçün əlavə maliyyə yükü yaradır və bu, xüsusilə aşağı gəlirli əhali arasında arzuolunan deyil. Ancaq qanun oldu-olmadı qış təkərlərinə keçid vətəndaşın özü üçün sərfəlidir. Hər mövsümdə dəyişiklik təkərləri uzunömürlü edəcək. Yalnız yay təkərlərindən istifadə olunsa 2-3 il gedəcək təkər, mütəmadi əvəzləndikcə 5-6 il xidmət edə bilər. İmkansızlığı bəhanə gətirirlər, amma bu doğru yanaşma deyil. Maşın sürürsənsə, bütün bu xərcləri nəzərə almalısan”.
Mütəxəssis diqqətə çatdırdı ki, Rusiyada mövsümə görə qış təkəri olmadan avtomobil idarə edən sürücülər cərimələnir. Oktyabr ayından qış təkərlərinə keçid başlayır, apreldə bitir. Apreldə isə yay təkərlərinə keçid mütləqdir.
Çünki təkərin üzərində olan “şpor”lar asfalt örtüyünə ziyandır.
“Qış təkəri məsələsi təkcə texniki detal deyil, birbaşa ictimai təhlükəsizlik problemidir. Qonşu ölkələrin təcrübəsindən göründüyü kimi, ciddi qaydalar mexanizmi ilə bu sahədə problemi həll etmək mümkündür. Son vəziyyət bir daha göstərdi ki, Azərbaycanda qış təkərlərinə keçidin məcburiyyəti artıq qaçılmazdır”./bizim.media
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı












