Yayda avtomobil almayın! - Analitiklər səbəbini açıqladı

Yay ikinci əl avtomobil almaq üçün ən pis vaxtdır. 2023–2024-cü illərdə 40 milyondan çox müqaviləni təhlil edən analitik şirkət bildirir ki, isti mövsümdə sərfəli təklif tapmaq ehtimalı üçdə birdən çox azalır. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, xüsusilə iyun ayında avtomobili bazar qiymətindən 5% ucuz almaq şansı ilin orta göstəricisi ilə müqayisədə 30,4% azalır. May və iyulda vəziyyət bundan çox da yaxşı deyil. Azalma müvafiq olaraq 27,8% və 22,5% təşkil edir. Bayram və istirahət günlərində isə sərfəli təklif tapmaq daha da çətinləşir. Bunun səbəbi sadədir: yayda tələbat artır, insanlar daha tez-tez avtomobil alır və dilerlər qiymətləri endirməyə ehtiyac görmürlər.
Qış alış üçün ideal vaxtdır
Əksinə, qışda vəziyyət tamamilə dəyişir. Yanvar sərfəli alış üçün ən yaxşı ay hesab olunur: belə təkliflərin payı illik ortalamadan 41,1% daha yüksəkdir. Dekabr və fevral da qənaət imkanı yaradır: bu aylarda göstəricilər 30%-i keçir. Xüsusilə Yeni il günləri əlverişlidir: bu dövrdə qiyməti bazardan azı 5% aşağı olan avtomobillərin sayı demək olar ki, 50% artır. Mütəxəssislər bunu soyuq hava və bayram qayğıları səbəbindən alıcı axınının azalması ilə izah edirlər. Dilerlər diqqət cəlb etmək üçün endirimlər təklif etməyə məcbur qalırlar. Onlar alıcılara yalnız reklam stikerlərinə aldanmamağı, avtomobilin qiymətinin həqiqətən də bazar dəyərindən 5% aşağı olub-olmadığını diqqətlə yoxlamağı məsləhət görürlər.
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat











