Yayda şinlərdə təzyiq bu aralıqda olmalıdır – Sürücülər bunu bilməlidir

Avtomobildən istifadə zamanı sürücülər onun texniki vəziyyətinə daim nəzarət etməlidirlər – mexanizmlərin sazlığı, yanacaq səviyyəsi, təkərlərin vəziyyəti və s. Bütün bunlar arasında çox mühüm bir məqama əksər hallarda diqqət yetirilmir. Avtosfer.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya bu materialda təkərlərdə təzyiqin nə qədər olmalı olduğunun izahını təqdim edir.
Təkərlərdə təzyiq necə yoxlanılır – yeganə üsul
Təkərlərdəki təzyiqi "gözlə" müəyyən etmək mümkün deyil. Bunun üçün xüsusi cihaz – manometr mövcuddur. Bu cihaz hər bir sürücüdə olmalıdır və istifadəsi olduqca sadədir: onu şinin klapanına (ventilinə) birləşdirmək, sıx şəkildə basmaq və göstəricini oxumaq kifayətdir. Bu proseduru avtomobil ən azı 5 saat hərəkət etmədikdə, yəni "soyuq" təkərlərdə aparmaq vacibdir.
Təkərlərdə təzyiq nəyə təsir edir – bilməyə dəyər
Təzyiq səviyyəsi avtomobilin manevr imkanlarına və yanacaq sərfiyyatına təsir göstərir. Eyni zamanda, protektorların aşınma dərəcəsi və avtomobilin əyləcləmə məsafəsi də bundan asılıdır ki, bu da potensial qəza vəziyyətlərində həyati əhəmiyyət daşıyır. Təkərlərdə normal təzyiq insanların yolda həyatını və sağlamlığını xilas edə bilər.
Təkərlərdə hansı təzyiq olmalıdır – hər sürücü bilməlidir
Təkərlərdəki təzyiq səviyyəsi mövsümdən asılı olaraq dəyişir. Yayda yüksək temperatur səbəbindən asfalt örtüyü daha yumşaq olur və bu da avtomobilin yol ilə təmasına təsir edir.
Ekspertlərin fikrincə, ən optimal təzyiq aralığı 1,85-dən 2,8 atmosferə qədərdir. Dəqiq göstərici isə disk radiusundan və quraşdırılmış şinlərdən asılıdır. Avtomobilin modeli, ölçüləri və çəkisi də rol oynayır. Lazımi göstəricilər adətən sürücü qapısının iç tərəfində və ya benzin çəninin qapağının arxa hissəsində qeyd olunur.
Bilin ki, istilik təzyiqə güclü təsir göstərir – hər 10° C artım təzyiqi təxminən 0,1 bar artırır. Uzunmüddətli isti hava şəraiti nəticəsində təzyiq normadan artıq ola bilər. Bu isə protektorların daha sürətli aşınmasına və təkər yol çuxurlarına düşərkən zədələnmə riskinin artmasına səbəb olur.
Aşağı təzyiq də zərərlidir – yanacaq sərfiyyatı artır və disk təkəri "çəkməyə" başlayır ki, bu da onu tez sıradan çıxarır.
Bütün bu xoşagəlməz hallardan qaçmaq üçün, xüsusilə hava şəraitində kəskin dəyişikliklər zamanı, təkərlərdəki təzyiqi mütəmadi yoxlamaq tövsiyə olunur.
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










