Yeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə...

Artıq bir neçə ildir ki, Azərbaycanın avtoparkı yenilənmə mərhələsinə qədəm qoyub. Bir çox ölkələrdən idxal edilən müxtəlif markalı və istehsal ili yeni olan nəqliyyat vasitələrinə maraq gündən-günə artmaqdadır.
“Yeni nəsil” avtomobillər sayılan elektromobil və hibrid mühərrikli maşınlar isə daha çox Çindən idxal edilir. Onlar komfortlu olduqları kimi, yanacaq sərfiyyatı baxımından da əlverişlidir. Lakin bu tip avtomobillər bəzi xüsusiyyətlərinə görə alıcılar üçün əsl baş ağrısına çevrilə bilər.
Avtosfer.az xəbər verir ki, yenisabah.az-ın araşdırmasına görə, ölkənin avtomobil bazarına yeni daxil olan bir çox “gənc markalar”ın ehtiyat hissələri və təmir ustaları olduqca az tapılır. Xüsusən, son illər Çindən və bəzi Uzaq Şərq ölkələrindən (Yaponiya, Cənubi Koreya) gətirilən nəqliyyat vasitələrinin “zapçastları” ehtiyat hissələri mağazalarında demək olar ki, yoxdur. Ən yaxşı halda onlayn satış platformalarından və markaların mərkəz ofislərindən sifariş edilən hissələrin qiyməti isə olduqca baha başa gəlir.
Sürücülərin üzləşdiyi digər bir problem isə bu növ maşınların mühərrik sistemi və təmir formasının digərlərindən tamamilə fərqli olmasıdır. Ənənəvi avtomobillərdən fərqli olaraq, yalnız xüsusi kameral diaqonoz vasitəsi ilə nasaz hissələri aşkarlanan elektromobil və hibrid nəqliyyat vasitələrinin ustaları isə sadəcə xüsusi servislərdə tapılır. Onların sayı isə olduqca məhduddur.
Bu kimi səbəblər alıcılar və sürücülər üçün ciddi çətinliklər yaradır. Onsuz da yüksək qiymətlərə təklif olunan belə avtomobillərin təmir və avadanlıq xərci də yetərincə yüksəkdir. Belə nüansları nəzərə alaraq, nəqliyyat vasitəsini təzələmək istəyən şəxslərə seçdikləri modellər barədə ətraflı araşdırma aparmaları tövsiyə olunur.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












