Yeni ildən avtomobillərin qiyməti ucuzlaşacaq? – AÇIQLAMA

“Avtomobil bazarındakı qiymətlər təkcə ölkəmizlə bağlı deyil, ilk növbədə beynəlxalq bazardakı metalın qiymətinin artımı ilə əlaqədardır”.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, Amerika Birləşmiş Ştatları ilə Çin arasında bu istiqamətdə çox böyük qarşıdurma gedir:
“Xaricdən gələn materiallara qoyulmuş böyük gömrük rüsumları metalın bazar dəyərinin bahalaşmasına səbəb olur. Metalın qiymətinin artması isə dünyada avtomobillərin qiymətinə təsir göstərir və tendensiya qiymət artımı istiqamətindədir. Çin istehsalı nə qədər ucuz başa gəlsə və dünyada avtomobillərin qiymətlərinin aşağı salınmasına təsir göstərsə də, yenə də bazarın tənzimlənməsi ilə bağlı Avropa dövlətləri və ABŞ-nin tətbiq etdiyi böyük gömrük rüsumları son nəticədə Çini məcbur buraxacaq ki, ucuz işçi qüvvəsi və xammala hazırladığı avtomobilləri daha baha qiymətə bazara satsın.
Azərbaycanda 10 ildən artıq istismar olunmuş avtomobillərə vergi rüsumlarının artırılması barədə qərar qəbul olunmuşdu. Ondan sonra belə bir fikir var idi ki, məhz ikinci əl avtomobillərin qiymətlərinin müəyyən qədər azalması müşahidə olunacaq. Çünki daha çox tələb yeni avtomobillərə olacaq. Amma nəzərə alsaq ki, sosial iqtisadi problemlər ucbatından əhalinin böyük bir əksəriyyəti yeni avtomobillərə yox, ikinci əl avtomobillərinə üz tutur. Bu, bazara o qədər də böyük təsir göstərmədi.
Bunun ardınca isə hökumətin qəbul etdiyi qərar, hibrid avtomobillərə tətbiq edilən güzəştli gömrük rüsumunun aradan qaldırılması qiymətlərin artmasına səbəb oldu. Həm beynəlxalq amil, həm də daxili bazarla bağlı hökumətin qəbul etdiyi qərar son nəticədə qiymət artımı ilə nəticələnir.
Hazırda əhalinin böyük əksəriyyəti Çin avtomobillərinə üz tutur və bu avtomobillərin bazardakı payı artır və digər avtomobillərin avtomatik olaraq payı azalır. Amma 2026-cı ildə verilmiş iqtisadi proqnozlar göstərir ki, avtomobillərin qiymətində qiymət azalması olmayacaq. Çünki bazar passiv olsa da, avtomobillərin gətirilmə xərcləri, gömrük rüsumları, habelə satış qiymətləri onların qiymətinin artımına səbəb olur”./banker.az
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












