Yeni “Mercedes-Benz GLE”-nin Azərbaycana gəlmə tarixi bilindi - FOTO

Bu yaxınlarda “Mercedes-Benz GLE”-nin yeni nəslinin təqdimatı baş tutub. “Mercedes-Benz”-in Azərbaycanda baş nümayəndəliyi olan “Avtokapital-Azərbaycan” şirkəti tərəfindən artıq bu premium krossoverin Azərbaycana nə vaxt gələcəyi dəqiqləşdirilib. Şirkətdən Avtosfer.az-a verilən məlumatda o da qeyd olunub ki, “Mercedes-Benz”-in Azərbaycandakı rəsmi diler şəbəkəsi yeni model üçün sifarişləri qəbul etməyə başlayıb. Yeni “Mercedes-Benz GLE”-nin debütü 2 oktyabr tarixində Paris avtosalonunda baş tutdu. “Mercedes-Benz”-in Azərbaycan nümayəndəliyinin verdiyi məlumata görə, bizim bazarda populyar premium krossoverin satışına 2019-cu ilin birinci yarısında başlanılacaq.
Yeni “Mercedes-Benz GLE” yolsuzluq avtomobili həqiqətən də yeni modeldir. Faktiki olaraq, bəzi vizual detallar istisna olmaqla, onu əvvəlki modellə heç nə birləşdirmir. O daha böyük, daha ağıllı və daha texnolojidir. Onun geniş mühərrik, asqı və hətta bir neçə tam ötürücü sistem çeşidi vardır.
Sifarişlər aşağıdaki ünvanlarda qəbul edilir:
Autostar Kaukasus
Tel.: +994 12 496 50 50 / +99412 976
Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR














