Yeni “Moskviç” belə olacaq - FOTO

"Moskviç" yeni M70 krossoverinin istehsalına hazırlaşır.
Avtosfer.az xəbər verir ki, Rusiya avtomobil zavodu "Moskviç" 2025-ci ilin sonuna qədər yeni M70 krossoverinin yığılıb satışa çıxarılmasını planlaşdırır.
Məlumata görə, avtomobilin dilerlərə çatdırılması 2026-cı ilin əvvəlinə nəzərdə tutulub. Yeni krossover AS33 daxili indeksini alıb və MG HS modelinin bazasında hazırlanacaq. Rusiyada "Moskviç M70" model sıralamasında "Moskviç 3" və "Moskviç 8" modellərinin arasında yerləşəcək.
Yeni avtomobilin uzunluğu 4655 mm, təkər bazası isə 2765 mm təşkil edir. Əsas versiya 156 at qüvvəli 1,5 litrlik turbo mühərrik və yeddi pilləli "robot" sürət qutusu ilə təchiz olunacaq. Daha güclü versiyada isə 200 at qüvvəli 2 litrlik mühərrik və doqquz pilləli "avtomat" qutusu olacaq. Hər iki versiyada öndən təkərdən idarəetmə nəzərdə tutulub.(milli.az)
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi













