Yerli avtomobillərə maraq azalıb - Səbəb nədir?

Avtomobil sənayesi hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahələrdəndir. Bu sektor nəqliyyat vasitələrinin istehsalı və satışı ilə yanaşı, məşğulluq səviyyəsinə, daxili bazarın inkişafına və texnoloji yeniliklərin tətbiqinə də təsir göstərir. Azərbaycanda da avtomobil sənayesinin inkişaf etdirilməsi istiqamətində son illərdə müxtəlif addımlar atılıb, yerli istehsalın genişləndirilməsi üçün bir sıra layihələr həyata keçirilib.
Bununla belə, 2025-ci ilin yanvar ayına aid göstəricilər avtomobil istehsalında əvvəlki illə müqayisədə ciddi azalmanın müşahidə olunduğunu göstərir. Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ilin ilk ayında ölkədə cəmi 235 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 171 ədəd və ya 42,1 faiz azalma deməkdir. Bundan əlavə, fevral ayının əvvəlinə olan məlumata görə, yerli müəssisələrdə 141 ədəd avtomobil ehtiyatda qalıb. Bəs, görəsən, istehsalın birdən-birə 42 faiz azalmasını şərtləndirən səbəblər hansılardır? Bu sahədə inkişafa necə nail ola bilərik?
İqtisadçı-ekspert Günay Hüseynovanın sözlərinə görə, Azərbaycanda avtomobil istehsalı tələb və təklif amili əsasında formalaşır: "Gəncə, Neftçala, Naxçıvan, Hacıqabulda avtomobil istehsalı müəssisələri fəaliyyət göstərir. Yerli istehsala tələbatın azalmasının ilkin səbəbi onların ehtiyat hissələri, detalları ilə bağlıdır. Çünki xaricdən alınır. Normalda detallar da yerli istehsal olmalıdır. Avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurumudur. Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaş eyni qiymətə xarici istehsala üstünlük verir. Xarici avtomobillər görünüş, keyfiyyət baxımından da vətəndaşa daha cəlbedici gəlir. Tələb və təklif amili əsasında yerli minik avtomobili istehsalının statistik göstəriciləri də dəyişir”.
G.Hüseynova düşünür ki, yerli istehsala tələbi artırmaq üçün müəyyən addımlar atıla bilər: "Vətəndaşda maraq oyatmaq lazımdır. Bunun üçün bir sıra işlər görülməlidir. Məsələn, dövlət qurumlarındakı xidməti avtomobillər yerli istehsalla təmin olunarsa, sıravi vətəndaş da bu maşınlara maraq yaranar”.
Mənbə: "Kaspi" qəzeti
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










