Yol polisi Mingəçevirdə reyd keçirib

Mingəçevir şəhər Polis Şöbəsinin yol polisi bölməsi növbəti dəfə piyadalara, qayda pozan sürücülərə, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı profilaktiki reyd keçirib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, piyadaların hərəkətinin intensiv olduğu küçələrdə təşkil olunan reyd zamanı qayda pozan şəxslər çoxluq təşkil edib. Polis əməkdaşları həmin piyadalarla söhbətlər aparıb, onlara piyada keçidindən keçməyin zəruri olduğunu bildiriblər. Həmçinin, reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmayan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Reydlə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin yol polisi bölməsindən bildirilib ki, reydin əsas məqsədi yol hərəkəti iştirakçıları olan piyadalar, nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparmaq olub: “Reyd zamanı şəhərin müxtəlif yerlərində piyadalar saxlanılıb, onlara izah olunub ki, piyadalar üçün müəyyən olunmuş piyada keçidlərindən istifadə etsinlər. Yolun digər tərəfinə keçərkən işıqforun tələbinə əməl etsinlər. Eyni zamanda Mingəçevir şəhərində 7-8 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə görüş keçirilib və onlarla profilaktiki söhbətlər aparılıb. İzah olunub ki, sərnişindaşıma ilə məşğul olarkən qaydalara əməl edilməli, normadan artıq sərnişin götürməməli, hərəkətdə olarkən dayanacaq olmayan yerlərdə avtobusu saxlamamalıdırlar”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












