Yol polisindən sürücülərə xəbərdarlıq - 2 ay vaxt qalıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı xəbərdarlıq edir. İdarənin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-nə qədər davam edəcək. Bölmə rəisi bildirib ki, yük avtomobillərinin və avtobusların sahibləri nəqliyyat vasitələrini Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzinə təqdim etməlidirlər: “Yük avtomobillərinin və avtobusların sahiblərinə bir daha müraciət edirik ki, vaxtında öz avtomobillərini texniki baxışdan keçirsinlər, müddət bitdikdən sonra həmin avtomobillər cərimə ediləcək. Bir daha xatırladırıq ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir”.
Qeyd edək ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kameralar vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq. Yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust - 31 oktyabr tarixləri aralığında baş tutacaq. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












