Yol polisindən yük və sərnişin daşıyanlara xəbərdarlıq: 3 min cərimə

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sərnişin və yükdaşıma ilə məşğul olan şəxslərə xəbərdarlıq edib. Avtosfer.az-a məlumat verən İdarənin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, DYP təhlükəsizliyi təmin etmək məqsədilə sərnişin və yükdaşıma ilə məşğul olanlara qanunun tələblərinə riayət etməyi tövsiyə edir. "Nizam-intizamın yüksəldilməsi istiqamətində təkcə yol polisi deyil bu sahəyə cavabdeh olan hüquqi və fiziki şəxslər də məsuliyyətli olmalıdır. Ən azından onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməli, nəzarəti gücləndirməlidir. Xüsusilə reysdən öncə tibbi müayinənin səmərəli təşkili, avtobusların yanacaqla tam təmin edilməsi, yolboyu sürücülərin davranışı, ümumiyyətlə avtobusa nəzarət üçün kameraların qurulması vacibdir. Həmçinin baş vermiş qəzanın dəqiq araşdırılmasını aparmaq üçün avtobusxarici kameralar da qurulmalıdır."
V. Əsədov onu da əlavə edib ki, şirkət rəhbərləri yollarda avtobusların dayanma-durma qaydalarını pozmaması üçün dispetçer nəzarəti təşkil etməlidirlər.
Şöbə rəisi bir daha qeyd edib ki, reys qabağı tibbi müayinənin düzgün təşkil edilməsi barədə məsuliyyət daşıyır. Fiziki şəxslər 500 manatdan 800 manata, hüququ şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimə edilə bilər. Bununla bağlı tərəfimizdən reydlər təşkil ediləcək.
Orxan
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












