Yol polisindən "zapravka"da texniki baxış birkası alanlara xəbərdarlıq - VİDEO

Dövlət rüsumu 20 manat olduğu halda, sürücülərə 60 manata təklif edirlər. Söhbət avtomobillərin texniki baxışdan keçirilməsindən gedir. İddialara görə, yanacaqdoldurma məntəqələrində sığorta agentləri, sürücülərə açıq şəkildə belə təkliflər edirlər. Onlar sürücülərə yaxınlaşıb bildirirlər ki, avtomobili texniki baxışdan keçirmək üçün yalnız maşının sənədlərini "Votsap" nömrəsinə göndərmək kifayətdir. Bununla da sürücü texniki baxış mərkəzinəgetmədən birkanı almış olur. Dövlət rüsumu 20 manat olduğu halda,sığortaçılar bunu 2-3 dəfə baha təklif edirlər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirir ki, belə hallar qanunsuzdur. Texniki baxış yalnız yol polisinintexniki müayinə mərkəzlərində keçirilməlidir. Bəs texniki baxış birkalarını həmin şəxslər necə əldə edir?. Rüfət Quliyev müayinə mərkəzindən kənarda sürücülərə təklif edilən birkaların saxta ola biləcəyini deyir. Çünki, həmin birkalar yalnız müayinə mərkəzində olur. Onu kənara çıxarıb səyyar satışını təşkil etmək mümkün deyil. Şöbə rəisi vətəndaşları həmin dəllallara inanmamağaçağırır.
Onu da qeyd edək ki, qanunsuz şəkildə texniki baxış birkası satan şəxslərləyanaşı onu alan sürücülər də məsuliyyət daşıyır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












