Yollarda sürət həddi endiriləndə radara düşə bilərsiniz - DİQQƏT

Yağışlı havalar başlayanda müəyyən yollarda sürət həddi hava şəraitinə uyğun olaraq təhlükəsizlik baxımından endirilir. Xüsusən hava limanı yolunda, Heydər Əliyev və Nobel prospektlərində bu cür stiasiyalar tez-tez baş verir. Məsələnin maraqlı tərəfi odur ki, sürət həddini Bakı Nəqliyyat Agentliyi endirir. Çünki tablolara BNA-nın Nəqliyyatı İntelektual İdarəetmə mərkəzi nəzarət edir. Yolda quraşdırılan radarlara isə Dövlət Yol Polisi nəzarət edir. O zaman sürücülər üçün problem yaşana bilər.
Bu problemin həll edilməzsə gələcəkdə müəyyən çətinliklər yarada bilər. Məsələn sürət həddi 120 km saat tətbiq olunan yolda sürət həddi 100 km saata endirildikdə bəzi sürücülər hazırlıqlı olur, bəzi sürücülər fikir vermir və130 km saatla hərəkət edir. Çünki əksər sürücülər vərdiş edib ki, 120-lik yoldur, 130-a qədər gedə bilərlər. Yəni 120-lik zolaqda 129 km saat sürətlə hərəkət etmək mümkündür. Amma sürət həddi qəflətən 120-dən 100-ə endiriləndə sürücü 129 km saat sürətlə hərəkət edirsə 50 manat, 2 bal cərimə olunacaq. Yəni bu məsələlər necə tənzimlənir? Bakı Nəqliyyat Agentliyi sürət həddini endirəndə Dövlət Yol Polisinə məlumat verirmi? Bu suala Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev cavab verib. O, Avtosfer.az-a bildirib ki, sürət həddinə əməl edilməsinə nəzarət buna əməl etməyənlərə qarşı inzibati tədbirlər müvafiq qurumlar tərəfindən həyata keçirilir. Yollarda sürət həddinin endirilməsinə gəlincə bu iş DYP-la koordinasiyalı aparılır.
Orxan
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












