Yolun ortasında qalan avtomobil...

Biz tez-tez belə hadisələrin şahidi oluruq. Bir də görürsən ki, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi magistral yollarda , eləcə də Bakı prospektilərdə bir avtomobil də texniki qüsur yaranın və bu nasazlığan görə maşın yolda qalıb.
Bir çox sürücülər belə vəziyyətdə çıxış yolu tapa bilirlər . Onlar vaxt itirmədən qəza işıqların yandırır, avtomobilin arxasını açaraq orda olan təhlükəsizlik avadanlığından istifadə edir və xəbərdaredici nişanlar artıq uzaqdan görünür.
Eyni zamanda operativ olaraq kömək üçün evakuator xidmətinə müraciət edir. Təbii ki, həmin xidmətin əməkdaşları da vaxt itirmədən hadisə yerinə gələrək texniki cəhətdən sıradan çıxmıs avtomobili oradan götürüb aparır.
Bununla da , mövcud təhlükə aradan qaldırır və təhkükə sovuşur.Amma bəzən həmin nasaz avtomobil vaxtında təhlükəsizlik tədbiri görülmədiyin və sürücünün məsuliyyətsizliyindən ağır qəzalar baş verir. Belə ki, bir neçə gün bundan əvvəl Bakı- Quba avtomobil yolunda texniki cəhətdən sıradan çıxan və yolun hərəkət hissəsində qalan sürücünün məsuliyyətsiiyi üzündən ağır qəza baş verib.
Çünki nəqliyyat vasitəsini idarə edən sürücü heç bir təhlükəsizlik tədbiri görməyib. Çıxış yolu kimi o, maşının arxasında dayanıb əl hərəkətləri edir. Təbii ki, bunu da həmin istiqamətdə hərəkət edən əksər sürücülər görmürlər .Elə həmin an yüksək sürətlə hərəkət edən motosiklet gəlir və arxadan avtomobilə çırpılır.
Nəticədə ağır qəza baş verir, 17 yaşlı qız xəstəxanaya çatdırılsa da , onun həyatını xilas etmək mümkün olmur, o, dünyasın dəyişir. Qəzada ölən qız beynəlxalq hüquq üzrə professor, məşhur vəkilin övladı imiş... Bax bir səhlənkar sürücünün günahi üzündən bir gənc qız həlak oldu. Ümumiyyətlə, bu hadisə digər sürücülərə bir dərs olmalı, avtomobillər yolda xarab olub qalarkən təcili surətdə onlar həmin yerdən götürülməlidir . Ki, ağır yol-nəqliyyat hadisəsi baş verməsin!/adalet.az
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA










