Zəmanətli maşınların sahiblərini görün necə aldadırlar - VARİANTLAR

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Azərbaycanda bəzi avtomobil şirkətlərini müştəriləri adlatmaqda və onlara öz şərtlərini diqtə etməkdə günahlandırıb. Söhbət avtomobilləri bir neçə illik zəmanətlə satan şirətlərən gedir. E.Hüseynovun sözlərinə görə, belə şirkələrdən ən çox şikayət gələn «KİA Motorsdur». Avtomobil satışı və zəmanətli servislərdə böyük istehlakçı problemləri yaşanır. “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) avtomobilı satışı, servisi, təmiri məntəqələrindən istehlkaçı hüquqlarının pozulması ilə bağlı çoxlu telefon zəngləri daxil olur. E.Hüseynov bildirir:
« 1. Avtomobil bazarlarında 2-ci əl (bəlkədə 10-cu əl) avtomobillərin satşı zamanı yürüyüşün geri çəkilməsi,istehlakçıların aldadılması adı hal alıb. Hec bir dövlət orqanı bunu ifşa etməyə meyil göstərmir.
2. Zəmanətli təzə avtomobil alanlar da yaxşı vəziyyətdə deyil. İllər boyudur ki, istehlakçıların hüququnu qoruyan ictimai təşkilata məxsus avtomobil KİA-dır.
Sonuncu avtomobil 2014-cü il buraxılışı olan “KİA- SPORTAGE” –dir. Avtomobil zəmanət talonuna uyğun olaraq vaxtaşırı Kia servisin Bakıxanov qəsəbəsində yerləşən baş ofisinə aparılır.
Uzun illərdir burada istehlakçıların aldadılması , hüquqlarının pozulması müşahidə olunur. Sonuncu dəfə bu 15.06.2018 – ci il tarixində oldu.
Aşağıdakılar müşahidə olundu.
- Avtomobilin mühərrikinə öncə tökülən yağ komputer bazasında daha ucuz və keyfiyyətsiz yağ kimi daxil edilir, müştəriyə verilən sənəd daha yaxşı və bahalı yağ olaraq göstərilir.
- Ustalar məcbur edirlər ki, avtomobilin istehsalçısı məsləhət görmədiyi yağı mühərrikə töksünlər. Məsələn,
- İstehsalçı şirkət 5w40 yağı tövsiyyə etmədiyi halda servis hər yolla çalışır ki bu marka yağı mühərrikə töksün.
- İstehklakçı istəsə ki,yağ mühərrikinə istehsalçı şirkətin icazə verdiyi qədər tökülsün,servis cəhd edir ki, yağ az tökülsün və guya bu komputer proqramı ilə tənzimlənib.
- Zəmanət müddətində məsələn yuxarı baca açılıb örtülmür,yağlamaq lazımdır, servis isə bunun üçün 20 AZN pul tələb edir. Halbu ki burada avtomobil sahibinin heç bir günahı ,müdaxilələri yoxdur. Digər yerdə yağlanmanı 5 AZN etmək olar.
- Ölkənin hər hansı yerində avtomobilə nəsə olarsa onu heç yerdə təmir etdirmək olmaz,mütləq KİA servisinə gəlməlidir , əks halda zəmanət ləğv olunur.
- Bir çox şirkətlər avtomobil zəmanət müddətində hardasa nasaz olarsa,evakuator xitmətinio öz üzərinə götürür, Azərbaycanda olan heç bir şirkət o cümlədən “Kia” belə etmir.
- Servisdən İstifadə edən avtomobil sahiubi nə istəsə o dəqiqə əks cavab alır və s.
Qeyd edək ki, ölkəmizdə olan bir çox avtomobil distributurları elə KİA-ya oxşar” xitmət” göstərir Çin avtomobil servisi isə umumiyyətlə xidmət göstərməkdən boyun qaçırır.
AİİB bu məsələni araşdırmaq fikrindədir. AİİB tətqiqat aparıb ən uzun zəmanət verən , ən yaxşı servis xidməti göstərən sirkətləri müəyyən edib ,əhalini məlumatlandıracaq».
Fed.az məsələ ilə bağlı «KİA Motors Azerbaijan» şirkətinə müraciət edib. Əgər açıqlanarsa, şirkətin mövqeyini də oxuculaın nəzərinə çatdıracağıq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












