“Çin-Avropa dəmiryolu ekspresi ilə 380 milyard dollarlıq yük daşınıb”

Bu ilin birinci yarısında Çin-Avropa dəmiryolu ekspresi ilə 90 mindən çox reys həyata keçirilib və ümumilikdə 380 milyard ABŞ dolları dəyərində yük daşınıb.
Avtosfer.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin Sərhəd və okean məsələləri departamentinin nümayəndəsi Qiu Xınlı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" mövzusunda tədbirdə deyib.
O bildirib ki, Çin-Avropa dəmiryolu ekspresi Çinin 123 şəhərini 25 Avropa ölkəsində 224 şəhər və 11 Asiya ölkəsində 108 şəhərlə birləşdirir.
Çin limanlarında rəqəmsal transformasiya və internet şəbəkəsi infrastrukturunun inkişaf etdirilməsi məsələsinə də toxunan departament nümayəndəsi qeyd edib ki, Çin dünya səviyyəli müasir limanların tikintisi üçün 56 limanda pilot layihələr həyata keçirir:
"Bu limanlar ağıllı qurğular, rəqəmsal idarəetmə və regional əməkdaşlığa əsaslanan müasir limanlar kimi yenidən qurulur. Bundan əlavə, Çin-Vyetnam Ağıllı Limanı kimi layihələr regional əməkdaşlıqda yeni model yaradıb. Biz əməkdaşlıq modellərini daha da şaxələndirdik və təcrübəmizi qonşu ölkələrə də ötürürük".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











