Çin beynəlxalq avtomobil daşımalarına dair sazişlər imzalamaq istəyir

Çinin nəqliyyat idarələri və "Bir kəmər və bir yol" tərəfdaşları beynəlxalq avtomobil daşımaları və transsərhəd obyektlərin tikintisi üzrə sazişlər imzalamaq üçün danışıqlar aparır.
Avtosfer.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sərhəd və okean məsələləri departamentinin nümayəndəsi Qiu Xınlı COP29 çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" mövzusunda tədbirdə deyib.
O bildirib ki, Çin sərhəd idarəçiliyi, sərhəd qapılarının istismarı, transsərhəd obyektlərin tikintisi kimi sərhədlə bağlı bir çox əməkdaşlıq sazişləri imzalayıb: "Çinin immiqrasiya orqanları Rusiya, Monqolustan, Qazaxıstan və digər ölkələrin də daxil olduğu 11 qonşu ölkənin immiqrasiya orqanları ilə üçtərəfli dəniz əlaqəsi mexanizmi qurub”.
Q.Xınlı qeyd edib ki, bu mexanizm liman gömrük prosedurları haqqında məlumat mübadiləsinə, fövqəladə halların vaxtında həllinə, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə, gömrük rəsmiləşdirilməsinin və liman əməliyyatlarının səmərəli, fasiləsiz aparılmasına birgə şərait yaradır.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











