COP29-un birinci plenar iclası başa çatıb

COP29-un birinci plenar iclasında Tərəflər Konfransının fərdi sessiyaları və iclaslarının gündəliyi qəbul edilib.
Avtosfer.az xəbər verir ki, iclasa COP29-un prezidenti Muxtar Babayev sədrlik edib.
M.Babayev müxtəlif sessiya və iclasların gündəliyini təsdiqlədikdən sonra bildirib ki, sabah Azərbaycan Prezidenti 100-ə yaxın dövlət və hökumət başçılarını salamlayacaq, bundan sonra onlar Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində milli bəyanatlarla çıxış edəcəklər. Bu sammitin ikinci hissəsi noyabrın 18-19-da baş tutacaq.
Onun sözlərinə görə, Braziliyadan sonra COP31-ə sədrlik Qərbi Avropa ölkələri qrupu, COP32-yə isə Afrika Ölkələri Qrupuna keçəcək. COP29 prezidenti bu ölkələri 2026 və 2027-ci illərdə iqlim konfranslarına ev sahibliyi ilə bağlı danışıqları aktivləşdirməyə çağırıb.
Sessiyada həmçinin İtki və Zərər Cavab Fondunun hesabatı dinlənilib. Fondun nümayəndəsi indiyədək görülən işləri açıqlayıb və fondun İdarə Heyətinin Filippində yerləşəcəyini bildirib.
Bundan sonra CMP19 (Kyoto Protokolunun Tərəflərinin görüşü), daha sonra CMA6 (Paris Sazişi Tərəflərinin görüşü) sessiyaları üzrə qərarlar qəbul edilib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











