İlham Əliyev görüşlər keçirməyə davam edir - FOTO - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşüb.


***
Serbiya Prezidenti Aleksandar Vuçiç COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Avtosfer.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.
***
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəmizdə səfərdədir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov, ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
***
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizin Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş ölkəmizdə səfərdədir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Kuala Lumpur şəhərinin qubernatoru Maimuna Mohd Şarif Azərbaycanda səfərdədir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
***
Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend də ölkəmizə səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
***
Kuk Adalarının Baş naziri Mark Braun Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
***
Keniyanın Baş naziri Musalia Mudavadi ölkəmizdə səfərdədir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
***
Barbados Respublikasının Baş naziri Mia Amor Mottley COP29-da iştirak etmək məqsədilə Azərbaycandadır.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
***
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Axim Ştayner ölkəmizə səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Məmməd Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.
***
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, ölkəmizin Efiopiyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.
***
İndoneziyanın xüsusi nümayəndəsi Haşim Cocohadikusumo COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Avtosfer.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
***
İraq Prezidenti Əbdüllətif Camal Rəşid COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır




















