"Koroğlu" metrostansiyasında COP29-a dair istiqamət lövhələri yerləşdirilib

"Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dair istiqamət lövhələri yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, bunun səhmdar cəmiyyətinin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə bildirib.
"COP29-un əsas məkanı Bakı Olimpiya Stadionu olduğundan "Koroğlu" stansiyası ərazi üzrə ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərəcək.
Stansiyada konfrans iştirakçıları və qonaqların hərəkət rahatlığı, həmçinin səmti asanlıqla müəyyən etmələri məqsədilə bir sıra tədbirlər görülüb. COP29 Əməliyyat Şirkətinin "Koroğlu" stansiyasında apardığı monitorinqlər əsasında hazırladığı əlavə naviqasiya sistemi platforma, keçid və vestibül sahələrində quraşdırılıb. Əsas məqsəd müxtəlif nəqliyyat vasitələri, o cümlədən avtobus, taksi, fərdi avtomobillər və dəmiryolu ilə gələn COP29 iştirakçıları və qonaqlar "Koroğlu" stansiyasının keçidindən istifadə edərkən səmti düzgün müəyyən etməkdə onlara yardımçı olmaqdır", - deyə o qeyd edib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











