Nəqliyyat dəhlizlərində emissiyaları azaltmaq üçün səylər birləşdirilməlidir

Nəqliyyat dəhlizlərində bütün daşınma növlərində, xüsusilə də ağır yük daşıyan avtomobillərdə emissiyaları azaltmaq üçün səylər birləşdirilməlidir.
Avtosfer.az xəbər verir ki, bunu Niderlandın ətraf mühit və beynəlxalq əlaqələr nazirinin müavini Aafke van Rijn COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
O qeyd edib ki, standartlaşdırma və tənzimləmə yolu ilə innovasiyaların təşviqi və bərabər şəraitin təmin edilməsi çox vacibdir:
"Ağır yük daşıma dəhlizlərini karbonsuzlaşdırmaq üçün bizə həm akkumulyator, həm də yanacaq elementi ilə işləyən elektrik nəqliyyat vasitələri, eləcə də yeni aşağı karbonlu yanacaq lazımdır. Buna görə də kifayət qədər enerji doldurma və hidrogen yanacaq doldurma infrastrukturunun olması çox vacibdir".
Onun sözlərinə görə, ölkələri, şəhərləri və limanları birləşdirən dəhlizlər gündəlik həyatda və ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır:
"İqlim dəyişikliyi, eləcə də havanın keyfiyyəti üçün emissiyaların azaldılması ilə bağlı məqsədlərimizi həyata keçirmək üçün dəhlizlərimizdə yükdaşıma sektorundan emissiyalarla mübarizə aparmağımız vacibdir. Sərnişin nəqliyyat vasitələri və avtobuslar üçün davamlı və ağıllı mobilliyə keçid baş verir. Biz görürük ki, xüsusilə akkumulyator elektrik texnologiyası sürətlə inkişaf edir, qiymətlər aşağı düşür və çeşid əhəmiyyətli dərəcədə artır. Sıfır emissiyalı yük maşınları və avtobuslar üçün güclü və iddialı siyasət rıçaqlarını qurmuş hökumətlər indi erkən texnologiya investisiyalarını cəlb edəcək, ilk növbədə və ən güclü şəkildə iqtisadi faydalardan istifadə edəcəklər".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











